Türkiyə bu hüquqlarından güzəştə getməyəcək

Bu gün, 00:11           
Türkiyə bu hüquqlarından güzəştə getməyəcək
Türkiyə Egey və Şərqi Aralıq dənizindəki qanuni hüquq və mənafelərini bundan sonra da güzəştsiz qoruyacaq.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, bəyanatın yayılmasına Türkiyənin xarici siyasəti ilə bağlı bəzi iddiaların və yazıların ortaya çıxması səbəb olub. Belə ki, XİN rəhbəri Hakan Fidanın Yunanıstanda nəşr olunan qəzetə müsahibə verdiyi iddia edilsə də, nazir yunan mətbuatına müsahibə verməyib.

Bəyanatda bildirilib ki, Hakan Fidanın Brüsseldə beyin mərkəzlərindən birinin təşkil etdiyi tədbirdə verdiyi cavablar kontekstdən çıxarılıb, Türkiyənin Egey və Şərqi Aralıq dənizi siyasəti isə mübahisə mövzusuna çevrilib.

"İndiyə qədər olduğu kimi, bundan sonra da Egey və Şərqi Aralıq dənizindəki qanuni hüquq və mənafelərimizi güzəştə getmədən qorumağa davam edəcəyik. Hər hansı bir dəyişiklik müzakirə mövzusu deyil", – bəyanatda vurğulanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]