ABŞ-nin sabiq prezidenti Barak Obama Donald Tramp administrasiyasının İrana qarşı siyasətini tənqid edib.
Bu gün, 10:45

O bildirib ki, müharibə həm ABŞ iqtisadiyyatına, həm də qlobal bazarlara ciddi təsir göstərir.
“Reuters”in məlumatına görə, Obama bu barədə oktyabrın 24-də demokrat namizədlərə dəstək məqsədilə keçirilən mitinqdə danışıb.
O deyib ki, Tramp administrasiyasının İrana qarşı müharibəsi enerji qiymətlərinin artmasına səbəb olub və Tehranın dünya neft tədarükünə təsir imkanlarını genişləndirib.
“İran indi Hörmüz boğazına nəzarət etmək gücünə malikdir. Neft dünya bazarlarına məhz bu marşrutla daşınır”, - Obama çıxışı zamanı bildirib.
Sabiq prezidentin sözlərinə görə, münaqişə ABŞ-də yanacağın və digər məhsulların bahalaşmasına təsir edib.
“Hörmüz boğazı dünya neft ticarətinin əsas marşrutlarından biridir. Burada gəmiçiliyin pozulması beynəlxalq enerji bazarlarında ciddi nəticələr yarada bilər”, - o deyib.
Obama Trampın İranın nüvə proqramı ilə bağlı siyasətini də tənqid edib. O xatırladıb ki, 2015-ci ildə prezidentliyi dövründə İranla nüvə sazişi imzalanmışdı. Həmin razılaşma Tehranın nüvə silahı əldə etməsinin qarşısını almağa yönəlmişdi.
“İranın nüvə silahı yox idi. Çünki mən elə bir saziş əldə etmişdim ki, hamı onun İranın nüvə silahı əldə etməsinin qarşısını aldığını qəbul edirdi. Bunun üçün bir raket belə atmağa ehtiyac olmadı, sadəcə diplomatiya aparmaq kifayət idi. O isə sazişdən çıxdı və bu müharibəni başladı”, - Obama bildirib.
Arifa Huseynli
TEREF

