Böyük Britaniyanın hərbi təyyarəsi həyəcan siqnalı verərək bazaya qayıtdı

Bu gün, 00:02           
Böyük Britaniyanın hərbi təyyarəsi həyəcan siqnalı verərək bazaya qayıtdı
Böyük Britaniya Hərbi Hava Qüvvələrinə məxsus hərbi-nəqliyyat təyyarəsi göyərtədə həyəcan siqnalı verdikdən sonra ölkənin cənubundakı Eymsberi hərbi bazasına qayıdıb.

Teleqraf xəbər verir ki, bu barədə Britaniya KİV məlumat yayıb.

Mənbənin sözlərinə görə, dördmühərrikli turbovintli “Airbus A400M Atlas” hərbi-nəqliyyat təyyarəsi Eymsberi hərbi bazasından havaya qalxdıqdan az sonra həyəcan siqnalı verib. Hazırda təyyarə yanacağın sərf olunması və daha sonra eniş etməsi üçün gözləmə zonasında dövrə vurub.

Mənbə qeyd edib ki, təxminən yeddi il əvvəl Böyük Britaniya Hərbi Hava Qüvvələrinin istismarına verilən təyyarə təxminən 3 kilometr yüksəklikdə, mülki aviasiya üçün müəyyən edilmiş uçuş dəhlizlərindən kənarda dövrə vurur.

Təyyarədə həyəcan siqnalının verilməsinin mümkün səbəbi barədə məlumat açıqlanmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]