Məktəb dərsliklərində plagiat iddiası: Nazirlikdən açıqlama - Video

Bu gün, 16:44           
Məktəb dərsliklərində plagiat iddiası:
Məktəb dərsliklərində yer alan bəzi əsərlərlə bağlı müəllif hüquqlarının pozulması iddiaları ortaya çıxıb.

Baku TV-nin məlumatına görə, yazıçı Səhər Əhməd bir sıra hekayə və mətnlərin başqa müəlliflərin əsərlərindən götürüldüyünü, bəzi hallarda isə müəlliflərin adlarının düzgün göstərilmədiyini iddia edib.

O bildirib ki, Qarabağ müharibəsi ilə əlaqələndirilən bir hekayə əslində amerikalı əsgərlərin Əfqanıstanla bağlı xatirələrindən götürülüb. Səhər Əhməd digər mətnlərlə bağlı da oxşar şübhələrin olduğunu qeyd edib.


İddialara münasibət bildirən dərslikləri tərtib və çap edən "Altun" nəşriyyatının direktoru Rafiq İsmayılov ittihamları rədd edib. O, mübahisə doğuran əsərlərin özünəməxsus olduğunu bildirib.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə də müraciət edilib. Nazirlikdən bildirilib ki, dərsliklərdə başqa əsərlərdən qanunsuz istifadə faktı təsdiqlənərsə, dərsliyin qrifinin vaxtından əvvəl ləğvi mümkündür. Bununla belə, bu faktların təsdiqlənməsi nazirliyin səlahiyyətlərinə aid deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]