Bakı Şəhər İcra Hakimiyyəti Yasamal rayonunda özbaşına tikintinin qarşısını aldı FOTO
Bu gün, 17:08
Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılması ilə bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən operativ tədbirlər görülüb. Qanunsuz müdaxilələr aradan qaldırılıb,piyada səkisinin zəbtinin qarşısı alınıb. Bununla da ərazidə piyadaların təhlükəsiz hərəkəti yenidən təmin olunub. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən gələcəkdə də ərazidə monitorinqlər aparılacaq və bu kimi qanunsuz halların qarşısının alınması üçün müvafiq tədbirlər görüləcək.