Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

Bu gün, 10:34           
Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?
2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər.
Bəs çoxuşaqlı ailələrin sayının azalması fonunda bu anlayışın əhatə dairəsinin genişləndirilməsi, yəni meyarın iki və ya üç uşağa endirilməsi mümkündürmü?
TEREF xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov mövzu ilə bağlı Bakıvaxtı.az-a danışarkən çoxuşaqlı ailələrlə bağlı meyarların yenidən nəzərdən keçirilməsi və pensiya yaşının uşaqların sayına uyğun müəyyənləşdirilməsi məsələsi müzakirə olunur deyib.
Onun sözlərinə görə, təkliflərdən biri çoxuşaqlı ailə anlayışına yenidən baxılması, müvafiq meyarın mərhələli şəkildə üç uşağa endirilməsi və beş, altı və daha çox uşağı olan ailələrdə valideynlərin uşaqların sayına uyğun olaraq daha erkən pensiyaya çıxmasının təmin edilməsidir.
“Bununla bağlı təkliflər aidiyyəti dövlət qurumuna təqdim olunub və məsələ komitədə də səsləndirilib. Maliyyə qiymətləndirməsi və müvafiq mexanizmlər öyrənildikdən sonra bu istiqamətdə qərarların verilməsi mümkün ola bilər”, – deyə deputat qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]