Elçin Yusubov niyə işdən çıxarıldı? - Sahibkarları bezdirib- Təfərrüat

Bu gün, 17:28           
Elçin Yusubov niyə işdən çıxarıldı? -
Xəbər verdiyimiz kimi, Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov vəzifəsindən azad olunub.

Xitab24.az-ın əldə etdiyi məlumata görə, adıçəkilən məmurun işdən çıxarılmasına başlıca səbəb sahibkarların çoxsaylı şikayətləri olub.

Bundan başqa, bir müddətdir Xankəndidə aparılan yoxlamaların nəticəsi də ürəkaçan olmayıb. Bu isə Elçin Yusubovun sözügedən vəzifədən uzaqlaşdırılması ilə nəticələnib. Elçin Yusubovun xüsusən də Xankəndində öz çevrəsinə yaxın olan adamlara geniş imkanlar yaratdığı bildirilir. Bu məsələdə ən çox adı hallanan isə Elçin Yusubovun köməkçisi kimi fəaliyyət göstərən Etibar Əliyevdir. Sabiq nümayəndə Etibar Əliyevi Xankəndinə keçmiş iş yeri olan Əmlak Məsələləri Dövlət Xidmətindən aparmışdı.

Qeyd edək ki, Elçin Yusubov 2024-cü il martın 7-də Prezident İlham Əliyevin Sərəncamı ilə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilmişdi.

Xatırladaq ki, daha öncə Bakının Nəsimi rayonunun icra başçısı Elxan İbrahimov da sahibkarların şikayətindən sonra işdən çıxarılmışdı. Adıçəkilən sabiq məmur həmin vəzifədə cəmi 1 ay duruş gətirə bilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]