Rəşad Dağlı görüşdə Orxan Lökbatanlıya BELƏ DEYİB: "Mən azad oluncaya qədər ..." - VİDEO

Bu gün, 12:34           
Rəşad Dağlı görüşdə Orxan Lökbatanlıya BELƏ DEYİB: "Mən azad oluncaya qədər ..." - VİDEO
Meyxanaçı Orxan Lökbatanlı həbsdə olan həmkarı Rəşad Dağlı (Əmirov) ilə görüşüb.

Sfera.az xəbər verir ki, bu barədə Orxan Lökbatanlı məclislərin birində meyxana deyərkən məlumat verib. O, Rəşad Dağlının vəziyyətinin yaxşı olduğu deyib:

“Zonda görüşünə getmişdim, şair sağ salamatdır.Axırda sağollaşanda, belə bir söz dedi, mən azad oluncaya qədər meydanı idarə edin”.

Qeyd edək ki, ötən ilin noyabr ayında meyxanaçı Rəşad Dağlı (Əmirov) tanışı İskəndər Mehtiyevi qətlə yetirib. Qeyd edək ki, faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]