Müsəlmanların din və inancına qarşı ən radikal qərarlar alan ölkələr

Bu gün, 00:08           
Müsəlmanların din və inancına qarşı ən radikal qərarlar alan ölkələr
Müsəlmanların din və inancına qarşı ən radikal qərarlar alan ölkələri sıralasaq:
Birinci yerdə əlbəttə ki, Çin gəlir. Uyğur, qazax və digər türk-müsəlman azlıqlara qarşı çox irqçi addımlar atılıb. BMT və müxtəlif beynəlxalq müşahidəçilərin hesabatlarına görə, milyondan çox müsəlman "Tərbiyə düşərgələri"ndə saxlanılıb.
Məcburi saxlanılan müsəlmanlara bu lagerlərdə namazsız və hicabsız Çin həyat tərzi, mətbəxi və musiqisi aşılanıb. Çin hökuməti bu düşərgələri tam gizlətməyərək nəzarət altında jurnalistlərin üzünə açıb.
Həmçinin hazırda Çində məscidlərin sökülməsi, dini ayinlərin qadağan edilməsi, məcburi əmək və rəqəmsal nəzarət sistemləri vasitəsilə assimilyasiya siyasəti yürüdülür. Qorunub saxlanılan bəzi tarixi məscidlər də daxili və xarici görünüşcə Çin memarlığına uyğunlaşdırılaraq dəyişdirilib və ibadət üçün girişləri məhdudlaşdırılıb.
​🇮🇳 İkinci yerdə Hindistan gəlir. Son illərdə ultra-millətçi siyasətlərin və ritorikanın artması nəticəsində müsəlmanlara qarşı sosial və hüquqi təzyiqlər artıb. Polislərin və radikal qrupların tez-tez məscidlərə təzyiqi, mal əti saxlanıldığı və ya bişirildiyi şübhəsi ilə müsəlman məhəllələrinə talançı hücumlar təşkil edilir.
🇲🇲Üçüncü yerdə Myanmar gəlir. Radikal buddist qrupların və hərbçilərin hücumları, zorakılıqlar və soyqırımı siyasəti nəticəsində 1 milyondan çox müsəlman evlərini tərk edərək Banqladeşə sığınmağa məcbur olub. Hərbi rejim tərəfindən onların vətəndaşlıq hüquqları tanınmır, ibadət və hərəkət azadlıqları ciddi şəkildə məhdudlaşdırılır.
P.S. Çin başda Türkiyə, İran, Səudiyyə və Pakistan olmaqla, bir çox müsəlman ölkələrinin ciddi iqtisadi tərəfdaşıdır.
Hindistan isə İran, BƏƏ, Səudiyyə Ərəbistanı, Oman və Qətər kimi ölkələrin en yakın strateji və iqtisadi tərəfdaşlarından biridir.
Müsəlman dünyası ilə münasibətlərdə yalnız Myanmar tamamilə təcrid olunub. Lakin bu ölkənin də əsas sponsoru Çindir.
Çin müsəlman ölkələrindən aldığı nefti Myanmar rejimin ayaqda qalması üçün gizlətmədən bu ölkəyə verir.
Myanmardakı hərbi xuntanı silah və hərbi texnika ilə təmin edən əsas ölkə isə Rusiyadır.
Orxan Atabəy
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]