Qalibaf: ABŞ yeddi şərti icra etməsə, İranın etimadını qazana bilməz

Bu gün, 10:24           
Qalibaf:
Tehranın irəli sürdüyü yeddi şərt ABŞ tərəfindən icra olunmasa, Vaşinqton İranın etimadını qazana bilməyəcək.

IRIB xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Pakistan Quru Qoşunlarının komandanı Asim Munirlə görüşdə bildirib.

"Mən açıq şəkildə ABŞ vitse-prezidentinə (Cey Di Vens) müraciət edərək bildirdim ki, Amerikanın islam inqilabından (1979) əvvəl və sonra İrana qarşı mənfi siyasətinin uzun tarixi bizi Amerikaya qarşı etimadsızlığın zirvəsinə çatdırıb və indi də Tramp hökuməti tərəfindən İslamabad anlaşma memorandumunun pozulması güvənsizliyi artırır", - İranın spikeri deyib və əlavə edib ki, Tehran müharibə tərəfdarı deyil.

Görüşdə Pakistanın İranla sərhəd mübadilələri ilə bağlı sorğusuna cavab olaraq bildirilib ki, bu, müvəqqəti və texniki idi. Belə ki, sərhədlər bu gündən etibarən açılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]