İran və İraqdan kürd qruplaşmaları ilə bağlı qərar

Bu gün, 07:24           
İran və İraqdan kürd qruplaşmaları ilə bağlı qərar
“Tehran və Bağdad İraq Kürdüstanında fəaliyyət göstərən İran kürd müxalifət qruplaşmalarının üzvlərinin bölgədən çıxarılması və ya İrana təhvil verilməsi barədə razılığa gəliblər”.

Bu barədə “Al Hadath” nəşri yazıb.

Qeyd olunub ki, bununla bağlı İranın Bağdaddakı səfiri Məhəmməd Kazım əl-Sadiq məlumat verib.

Razılaşma İran nümayəndə heyətinin və İraqın milli təhlükəsizlik müşavirinin iştirakı ilə keçirilən Birgə Təhlükəsizlik Komitəsinin iclasında əldə olunub.

Görüş oktyabrın 19-da Bağdadda baş tutub. İclasda İraq Kürdüstanı hökumətinin nümayəndələri də iştirak ediblər.

2023-cü ildə Bağdad və Tehran təhlükəsizlik sahəsində saziş imzalayıblar. Saziş İran hakimiyyətinə qarşı çıxan silahlı kürd qruplaşmalarının sərhədyanı ərazilərdən çıxarılmasını və İraq ərazisindən İrana qarşı silahlı fəaliyyət məqsədilə istifadə edilməsinin qarşısının alınmasını nəzərdə tutur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]