Camaatla məzələnmək daha necə olur? REPLİKA
Bu gün, 00:03

Səhiyyənin vayına oturan naziri çıxarıb Baş nazirə müavin qoyurlar.
İllərdir poliklinikalarda, xəstəxanalarda öz yarıtmaz fəaliyyəti ilə camaatın vayına oturan alternativ qurum TƏBİB-in rəhbərini götürüb səhiyyə naziri qoyurlar.
TEREF yazır ki, bunu Bestmedia.az saytının Baş Redaktoru Ulker Abdullayeva sosial şəbəkə səhifəsində yazır. Daha sonra Ulker Abdullayeva yazır: İllərdir özüm də, ailə üzvlərim də səhiyyənin yarıtmaz fəaliyyətindən əziyyət çəkirik. Amma səhiyyənin idarəçiləri dəyişmir ki, dəyişmir. Əlinin papağını Vəlinin başına, Vəlininkini Əlinin başına qoyurlar, vəssalam. Normal səhiyyə xidməti ala bilmədiyim ölkənin büdcəsinə də hər ay icbari tibbi sığorta haqqı ödəyirəm, dövlət səhiyyəsindən 1 manatlıq da olsa pulsuz xidmət ala bilməmişəm. Çünki sistem o qədər əcaib-qəraib qurulub ki, ya əsəblərin, ayların-illərin getməlidir ki, sığorta ilə yarıtmaz tibbi xidmət alasan, ya da həkimə əlavə pul ödəyəsən ki, səni müalicə etməyə çalışsın. Doğrusu, illərdir həkimlərə minlərlə pul tökmüşəm, amma nə özüm, nə ailəm heç bir xəstəlikdən müalicə oluna bilməmişəm. Lazımsız bahalı analizlər, aparatlar, dərmanlar, axırda da sıfır effekt. Bu tamaşaya nə ehtiyac var, bilmirəm....
Ulker Abdullayeva
TEREF

