Türkiyə: Azərbaycanda bayrağımızın endirilməsi iddiası dezinformasiyadır

Bu gün, 00:08           
Türkiyə: Azərbaycanda bayrağımızın endirilməsi iddiası dezinformasiyadır
“Bəzi media orqanları və sosial şəbəkə hesablarında yayılan “Türkiyə bayrağının Azərbaycanda endirilməsinə cəhd” iddiaları dezinformasiyadır”.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin “X” hesabında paylaşım edilib.

Bildirilib ki, sözügedən görüntülər köhnə tarixə aiddir:

“Görüntülərin çəkildiyi vaxt Türk bayrağına qarşı mənfi hərəkət etməyə çalışan təxribata Azərbaycan vətəndaşları tərəfindən ilk və ən sərt reaksiya verilib. Türk bayrağının endirilməsi kimi bir hadisə baş verməyib”, – paylaşımda qeyd olunub.

Mərkəz vurğulayıb ki, köhnə görüntülərin yeni hadisə kimi təqdim edilməsi və kontekstdən çıxarılaraq yayılması Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərini hədəfə alır.

Bu cür manipulyasiyaya qarşı həssas və diqqətli olmaq barədə ictimaiyyətə çağırış edilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]