Azərbaycanın dövlət qurumlarına genişmiqyaslı kiberhücumlar başlayıb

Bu gün, 16:38           
Azərbaycanın dövlət qurumlarına genişmiqyaslı kiberhücumlar başlayıb
"Son bir həftə ərzində Azərbaycanın dövlət qurumlarının informasiya sistemlərinə və resurslarına qarşı genişmiqyaslı kiberhücumlar müşahidə olunur".

TEREF APA-ya istinadən xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Nadir Novruzov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, dövlət qurumlarına qarşı kiberhücumlar mütəmadi olaraq qeydə alınsa da, son bir həftədə onların miqyası əhəmiyyətli dərəcədə artıb:

"Hücumlar əsasən DDoS formasında həyata keçirilir və dövlət qurumlarının informasiya sistemlərinin fəaliyyətini dayandırmağa yönəlib. Bununla yanaşı, müxtəlif dövlət informasiya sistemlərinə və qurum əməkdaşlarının elektron poçt hesablarına müdaxilə cəhdləri də müşahidə edirik".

İdarə rəisi qeyd edib ki, hücumların əsas məqsədi dövlət informasiya sistemlərinin fəaliyyətini pozmaq və vətəndaşlara elektron xidmətlərin göstərilməsinə mane olmaqdır.

O əlavə edib ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti kiberhücumları davamlı olaraq izləyir və onların qarşısının alınması üçün müvafiq tədbirlər həyata keçirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]