Vətənə Xəyanət Edən Nökərlər, Ağalarınızın Sümüyü Boğazınızda Qalacaq!

Bu gün, 07:47           
Vətənə Xəyanət Edən Nökərlər, Ağalarınızın Sümüyü Boğazınızda Qalacaq!
Əlinizə İran bayrağını, Əfqanıstan bayrağını alıb, arasına da iki dənə Azərbaycan bayrağı qatırsınız ki, guya xalqı aldadarsınız, guya "hicab azadlığı" bəhanəsi ilə gözlərdən pərdə asarsınız!
Sizin o ucuz oyunlarınızı da, kimə xidmət etdiyinizi də bu xalq çox gözəl görür.
Ay İran tülküləri, ay xarici ağaların zibilliyindən yemlənən xainlər! Siz kimsiniz ki, Azərbaycanın dövlətinə, Prezidentinə dil uzadasınız?
Vətənindən, torpağından qaçıb uzaqda gizlənənlər, öz şəxsi maraqlarını və üç-beş manatlıq qrantları Vətəndən üstün tutan şərəf yoxsullarıdır!
Bu, nə hicab sevgisidir, nə də din azadlığı! Bu, açıq-aşkar sifarişli təxribatdır, gözdən pərdə asmaqdır, erməninin və digər xarici havadarlarınızın dəyirmanına su tökməkdir. Azərbaycanın daxili sabitliyini hədəf alan bu cür ucuz oyunlar yalnız sizin kimi şərəfdən cılızlara xas ola bilər.
Sizi idarə edən ipinizi tutanlar, görünür, bu dəfə sizə o qədər artıq yal veriblər ki, tamamilə azmısınız. Amma yaxşı bilin ki, Azərbaycan dövləti və bu xalq sizin kimi iran nökərlərinin nə oyun çıxardığını da, arxanızda kimlərin dayandığını da yaxşı bilir.
O bayraqları qaldırdığınız yerlər başınıza yıxılacaq! Vətənə xəyanət edənlərin heç vaxt bağışlanmadığını və bu torpağın hər bir daşının sizə haqqı haram etdiyini gec-tez anlayacaqsınız. Sizin yeriniz xalqın gözündə artıq çoxdan cəhənnəmdir!
Sima Babayeva
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]