Rusiyalı KVN iştirakçıları Ukraynanın suverenliyinə qəsddə ittiham olundu

Bu gün, 15:14           
Rusiyalı KVN iştirakçıları Ukraynanın suverenliyinə qəsddə ittiham olundu
Bir neçə rusiyalı KVN iştirakçısı Ukraynanın "Mirotvorets" ("Sülhməramlı") saytının bazasına daxil edilib.

"RIA Novosti" xəbər verir ki, bazaya Ali Liqanın çempionu olmuş "Soyuz" komandasının dörd üzvü - Aydar Qarayev, Yelena Quşina, Aleksandr Alımov və Kirill Kokovkin daxil edilib.

Buna səbəb onların 2014-cü ildə çıxışları zamanı Krım haqqında "Sadəcə yarımadanı geri qaytardıq" mahnısını ifa etmələri olub.

"Mirotvorets" saytı KVN iştirakçılarını Rusiyaya açıq dəstək verməkdə, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qəsd etməkdə ittiham edir.

Qeyd edək ki, "Mirotvorets" saytı 2014-cü ildə yaradılıb. Saytın məqsədi "Ukraynanın milli təhlükəsizliyinə təhdid yaradan" şəxsləri müəyyənləşdirmək və onların şəxsi məlumatlarını dərc etməkdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]