"Hicab" Pərdəsi Altında Gizlənən Şər: İran Mollalarının Həqiqi Üzü VİDEO
Bu gün, 11:28

Son günlərdə şəbəkələrdə dolaşan bir video yenə də müəyyən İran din xadimlərinin real dünyadan nə qədər uzaq düşdüyünü, tarixdən və geosiyasi reallıqlardan necə bixəbər olduqlarını gözlər önünə çıxardı.
Özünü "din xadimi" adlandıran bu mollanın Azərbaycan haqqında işlətdiyi səfeh fikir – "Azərbaycan İranındır, quzey-güney tanımırıq, bir gün bizə qayıdacaq" iddiası gülünc olmaqla yanaşı, həm də onların dərin cəhalətini və içindəki çürümüş təfəkkürü bir daha ifşa edir.
Bu mollalar görünür hələ də dərin bir qəfıl yuxudadırlar.
1. Tarixi və Reallığı Bilməyən Cəhalət
Bu adamlara xatırlatmaq lazımdır ki, "bizi özünə birləşdirmək" xəyalı quran o rejim əvvəlcə Güney Azərbaycanda neçə milyon Azərbaycan türkünə qarşı yürütdüyü assimilyasiya və təzyiq siyasətinə baxsın.
Təbrizdən tutmuş Ərdəbilə, Urmiyadan Zəncana qədər o torpaqlar əcdadlarımızın qanı və tarixi irsi ilə yoğrulmuş türk torpaqlarıdır.
Əgər məsələyə tarixi ədalət və kök baxımından yanaşılsa, kimin kimə birləşməli olduğu çox aydındır. Şimalı və Cənubu ilə Azərbaycan vahid bir milli ruhdur və bu ruhu sizin çürümüş, feodal teokratik yanaşmanızla buxovlamaq mümkün deyil!
2. "Hicab" Şüarı Altında Gizlənən Şəbəkə və Təxribat
Mollanın dərdi Guya Azərbaycandakı məktəblər, "hicab qadağası" və balaların "dindən uzaqlaşması" imiş. İllərdir "islam", "hicab", "məzhəb" adı altında pərdələnən bu rejim faktiki olaraq başqa dövlətlərin daxili işlərinə qarışmaq, xaos yaratmaq və agentura şəbəkələri vasitəsilə cəmiyyəti parçalamaqla məşğuldur.
Bu gün tamamilə bəlli olur ki, zaman-zaman ölkə daxilində "hicab" və ya "dini azadlıq" adı altında etiraz ssenariləri quranların, insanları qarşı-qarşıya qoymaq istəyənlərin ipi məhz bu mollaların və onların təlimatçılarının əlindədir.
Onların əsas niyyəti din və ya hicab qayğısı çəkmək deyil! Onların tək dərdi:
Azərbaycan dövlətçiliyinə qarşı təxribat törətmək,
Vətəndaşlar arasında nifaq yaratmaq,
Ölkə daxilində öz çirkin idarəçilik ideologiyalarını yaymaqdır.
3. İslamın Adından Danışan İkiüzlülük
Hicab və din dalınca düşdüyünü iddia edən bu mollaların əgər həqiqi İslamdan, insani dəyərlərdən balaca da olsa xəbərləri olsaydı, illərdir Güney Azərbaycanda öz ana dilində təhsil tələb edən, öz haqqını istəyən milyonlarla soydaşımızın qanına bais olmazdılar!
Sərbəst düşüncəni, insan haqqını, hətta fərqli baxışı zindanda, dar ağacında boğan bir rejimin dindən və ədalətdən danışmağa nə mənəvi, nə də hüquqi haqqı var.
Sizin "dindarlıq" dediyiniz şey – insanları qorxu, təzyiq və cəhalətlə idarə etmək cəhdidir. Amma unudursunuz ki:
Azərbaycan cəmiyyəti və Azərbaycan vətəndaşı sizin o cılız, orta əsrlərdən qalma feodal idarəçilik prinsiplərinizlə idarə edilə biləcək bir cəmiyyət deyil!
Azərbaycan dünyəvi, güclü, öz milli kimliyinə və müstəqilliyinə sahib çıxan modern bir dövlətdir.
@@Sizin bu cür boş xəyallarınız, səfeh bəyanatlarınız və sərhəd tanımayan həyasızlığınız yalnız bir şeyə xidmət edir: öz daxili çürümənizi və cəhalətinizi bütün dünyaya bir daha nümayiş etdirməyə. Yuxudan ayılın, çünki tarix çoxdan dəyişib!
Sima Babayeva

