Pakistan və Əfqanıstan sərhədində silahlı qarşıdurma: ölənlər var

Bu gün, 11:14           
Pakistan və Əfqanıstan sərhədində silahlı qarşıdurma: ölənlər var
Pakistan və Əfqanıstan sərhədində silahlı toqquşmalar baş verib.

Bu barədə “TOLO News” telekanalı təhlükəsizlik sahəsindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, iki ölkənin hərbçiləri Əfqanıstanın Paktia vilayətinin Dand-Patan bölgəsində, Dürand xətti yaxınlığında silahlı qarşıdurmaya giriblər. Dürand xətti Pakistanla Əfqanıstan arasındakı sərhəd hesab olunsa da, rəsmi Kabul bu sərhədi tanımır.

Toqquşmalar zamanı Pakistan sərhəd qüvvələrinə məxsus iki müşahidə qülləsi dağıdılıb, həmçinin müşahidə kameralarından biri məhv edilib. Həmçinin azı 7 Pakistan hərbçisi həlak olub, daha 6 nəfər yaralanıb.

Mənbənin bildirdiyinə görə, ərazidə atışmalar davam etsə də, qarşıdurmanın intensivliyi əvvəlki ilə müqayisədə azalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]