"Qardaş qardaşa kömək edər, qardaşın qardaşa borcu yoxdur" ifadəsi bu mübarizənin rəmzinə çevrilmişdir.
Bu gün, 00:08

Dəyərli Sevil xanım. Köşənizi oxudum və təəssüf etdim. 1918-ci ili xatırladarkən, nə əcəb Azərbaycanlı əsgərlərin Türkiyə torpaqlarının işğalçılardan azad edilməsində xüsusilə Birinci Dünya müharibəsi (Çanaqqala döyüşləri) və Türkiyə İstiqlaliyyət müharibəsi (1919–1922) dövründə çox mühüm və qəhrəmanlıqla dolu rol oynamasını da qeyd etməmisiniz?
Birinci Dünya müharibəsi illərində Osmanlı torpaqları İttifaq dövlətləri tərəfindən hücuma məruz qalanda, minlərlə azərbaycanlı türk qardaş köməyinə yollanmışdır.

Şəhidlərimiz: Çanaqqala cəbhəsində ingilis, fransız və digər işğalçı qüvvələrə qarşı vuruşan 3 minə yaxın azərbaycanlı əsgər və zabit şəhidlik zirvəsinə ucalmışdır. Gəncə, Bakı, Şuşa, Naxçıvan və digər bölgələrdən gedən bu döyüşçülərin adları bu gün də Çanaqqala şəhidliklərində qeyd olunur.
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti bolşeviklər tərəfindən işğal edildikdən sonra, milli ordunun bir çox hissəsi və hərbçiləri silahı yerə qoymayaraq, Anadoluya keçmiş və Mustafa Kamal Atatürkün rəhbərlik etdiyi milli azadlıq hərəkatına qoşulmuşdular.
Cavanşir Piyada Alayı: Cümhuriyyət ordusunun polkovnik Səməd bəy Rəfibəyov (Türkiyədə soyad qanunundan sonra Sayqın soyadını almışdır) rəhbərliyindəki 1200 nəfərlik süvari və piyada alayı bütöv heyətlə Türkiyəyə keçmişdir. Bu alay Şərq cəbhəsində erməni işğalçılarına, Qərb cəbhəsində isə yunan qoşunlarına qarşı döyüşlərdə (xüsusilə Qars, Sarıqamış, Ərzurum uğrunda) böyük şücaət göstərmişdir.
Azərbaycanlılar Türkiyə ordusunda xidmət edərək general rütbəsinədək yüksəldilər.
Onlardan Səməd bəy Rəfibəyov (Sayqın): İstiqlal savaşındakı xidmətlərinə görə Türkiyə Silahlı Qüvvələrinin generalı rütbəsini almışdır.
Cahangir bəy Berker (Novruzov): Topçu batareyasının komandiri kimi İstiqlal müharibəsində yunanlara qarşı vuruşmuş, göstərdiyi igidliyə görə "İstiqlal" medalı ilə təltif edilmiş və sonradan general-mayor rütbəsi almışdır.
Baba Behbud, Hüseyn Turgut, Aslan Hacızadə kimi onlarla azərbaycanlı zabit Türkiyə ordusunda mühüm komandanlıqlar icra etmişlər…
Hərbi iştirakla bərabər, Azərbaycan xalqı və dövləti (həm Cümhuriyyət, həm də erkən sovet dövründə Nəriman Nərimanovun rəhbərliyi ilə) Anadoluda işğalçılara qarşı vuruşan Ankara hökumətinə tonlarla neft, qızıl, pul və digər logistik yardımlar göndərmişdir. Mustafa Kamal Atatürkün yardımlara görə təşəkkür məktubuna cavab olaraq Nəriman Nərimanovun yazdığı "Qardaş qardaşa kömək edər, qardaşın qardaşa borcu yoxdur" ifadəsi bu mübarizənin rəmzinə çevrilmişdir.
Bu gün həm Çanaqqalada, həm də Türkiyənin digər bölgələrində işğalçılara qarşı canından keçən azərbaycanlı əsgərlərin xatirəsi yüksək səviyyədə uca tutulur.
Yəni deməyim o ki…
Heç Azərbaycan da “böyük qardaş” dərdində deyil. Qardaşın böyüyü kiçiyi olmaz. Ancaq Türkiyə siqmentində yazılanlar deyilənlər təəssüf hissi doğurur. Əksəriyyət də “Qarabağı ermənilərdən biz aldıq” deyib, meydan oxuyur. Çox hörmət etdiyim Nigar Ögeday Abdullazade demiş, arrrrkadaşlar, özünüzə gəlin. Qarabağı qanıyla, canıyla Azərbaycan Ordusu, Ali Baş Komandan, Azərbaycan Respublikası Müdafiə Nazirliyi və digər güc strukturlarının rəhbərlik etdiyi şanlı ordunun əsgərləri aldı. Qanıyla Zəfər gününü yazıb, şəhadətə qovuşan şəhidlərimiz aldı. Məgər pulsuz bircə patron verənmi oldu. Verən olsaydı, 36 il əvvəl verərdi, Qarabağ da 30 il əsirlikdə qalmazdı. O Azərbaycandır, dost və qardaş dediklərinin ən çətin anında təmənnasız yanlarında olan! Belə azad edənsiniz, illərdir bir PKK terrorçularının öhdəsindən gəlin, torpaqlarınızı, dağlarızı terrorçulardan azad edin də… əliniz yağlıdırsa, öz başınıza çəkin!
Гюльназ Канбарли


