“Yəmənin şəfəqi” əməliyyatı: strateji ərazilər ələ keçirildi

Bu gün, 12:44           
“Yəmənin şəfəqi” əməliyyatı: strateji ərazilər ələ keçirildi
Yəmən Silahlı Qüvvələri tərəfindən son 24 saat ərzində husilərin hərbi hədəflərinə qarşı 1292 əməliyyat həyata keçirilib.

TEREF Axar.az-a istinadən xəbər verir ki, bu barədə Yəmən ordusunun bəyanatında bildirilib.

“Yəmənin şəfəqi” əməliyyatı çərçivəsində həyata keçirilən hücumlarda 430-dan çox husi silahlısının zərərsizləşdirildiyi, 100-dən çox hərbi texnika və avtomobilin məhv edildiyi bildirilib.

Həmçinin qeyd olunub ki, hökumət qüvvələri paytaxt Sənanın şərqində yerləşən və husilərin nəzarətində olan Marib əyalətində bir neçə strateji əhəmiyyətli mövqeni geri ala biliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]