Rusiyaya təxminən əlli dronla hücum

Bu gün, 00:02           
Rusiyaya təxminən əlli dronla hücum
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hava hücumundan müdafiə qüvvələri 12 saat ərzində ölkənin səkkiz bölgəsində Ukraynaya məxsus 47 pilotsuz uçuş aparatını məhv edib.

Bizimesr.info xəbər verir ki, Dronlar Belqorod, Kirov, Orenburq, Leninqrad və Kursk vilayətləri, Perm diyarı, Tatarıstan və Xantı-Mansi Muxtar Dairəsi üzərində vurulub.

Xantı-Mansi Muxtar Dairəsinin qubernatoru Ruslan Kuxaruk isə Surqut rayonunda sənaye müəssisəsinə dron hücumu nəticəsində yanğın baş verdiyini açıqlayıb. Hadisə yerində təcili yardım xidmətləri işləyir, dəymiş ziyan qiymətləndirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]