İlqar Zülfüqarov ünvanında nə baş verir? - Xətai RİH susur
Bu gün, 00:09
Xətai rayonu, İlqar Zülfüqarov küçəsində söküntü və yeni tikinti işləri aparılır.
"Bizimesr"ə daxil olan məlumata görə, ərazidə söküntü işləri sürətlə həyata keçirilir, yeni tikintiyə hazırlıq isə tam sürətlə davam etdirilir.
Məlumatda iddia olunur ki, işlər zamanı təhlükəsizlik qaydalarına və müəyyən edilmiş normalara əməl olunmur. Həmçinin, ərazidə tikinti işləri ilə bağlı məlumat lövhəsinin olmadığı bildirilir. Bu hallar tikintinin qanuniliyinin və təhlükəsizlik tələblərinə uyğunluğunun araşdırılmasını zəruri edir.
Mənbənin iddiasına görə, proses Xətai Rayon İcra Hakimiyyətinin rəhbərliyinə də məlumdur və icra başçısının müavini Anar adlı şəxs tikinti işlərinə nəzarət edir. Aidiyyəti qurumların mövqeyini öyrənməyə və tikinti işlərinin hansı əsaslarla aparıldığını dəqiqləşdirməyə hazırdır. VİDEO BURDA: My Webpage