Xırdalanda Nurlan Həsənovun "mansard izi" - 10 il əvvəl təhvil verilən binada əlavə iki mərtəbə tikilir - FOTO

Bu gün, 00:12           
Xırdalanda Nurlan Həsənovun "mansard izi" -
Xırdalan şəhərində 10 ildən artıqdır istifadəyə verilmiş çoxmərtəbəli yaşayış binasında əlavə tikinti işləri aparılır.

Yaşayış binasının üzərində daha iki mərtəbənin inşası həyata keçirilir. Bununla bağlı redaksiyamıza müraciət edən sakinlər aparılan tikinti işlərindən narazılıqlarını bildiriblər.

Onların sözlərinə görə, uzun illərdir yaşayış olan binanın üzərində əlavə mərtəbələrin tikilməsi ciddi narahatlıq doğurur.

Qeyd edək ki, sözügedən yaşayış binası Xırdalan şəhərində bir neçə çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirmiş “Abşeron A1” MTK-ya məxsusdur./Telegraf/

Bizimesr.info bildirir ki, bu tikintiyə nəzarəti icra başçısı Abdin Fərxəliyevin sağ əli, qardaşı və özünün böyük tikinti biznesləri və böyük pulları olan Ərazi-təşkilat məsələləri sektorunun baş məsləhətçi Nurlan Həsənov edir. İddia olunur ki, bu mansardın 1 mərtəbəsi Nurlan Həsənovundur, bir mərtəbəsi ilə tikintini həyata keçirən şəxslərin. Yəni, iddialara görə razılaşma belə olub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]