Bakı-Qazax yolunda ağır qəza: Yanacaqdaşıyan maşın traktora çırpıldı - Video

Bu gün, 12:28           
Bakı-Qazax yolunda ağır qəza: Yanacaqdaşıyan maşın traktora çırpıldı - Video
Ötən gecə Bakı-Qazax avtomobil yolunun Ucar rayonunun ərazisindən keçən hissəsində avtoqəza olub.

Oxu.Az xəbər verir ki, hadisə ilə bağlı videogörüntü yayılıb.


Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Videoda əraziyə təcili tibbi yardım və yol polisi əməkdaşlarının cəlb olunuduğu əksini tapır.

Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, sözügedən hadisə Bakı-Qazax yolunun 230-cu kilometrliyində, oktyabrın 14-də saat 22:35-də qeydə alınıb:

"İsa Oqtay oğlu Məmmədovun idarə etdiyi "Mercedes" markalı, 20-BG-051 dövlət nömrə nişanlıı yanacaqdaşıyan nəqliyyat vasitəsi əvvəlcə öndə gedən 61-AB-238 dövlət nömrə nişanlı traktorun arxasına, daha sonra isə yolun ortasındakı maneəyə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]