Gəncə Dövlət Universiteti bu tenderi rəhbəri dəfələrlə dəyişmiş şirkətə tapşırdı

Bu gün, 00:10           
Gəncə Dövlət Universiteti bu tenderi rəhbəri dəfələrlə dəyişmiş şirkətə tapşırdı
"Gəncə Dövlət Universiteti" Publik Hüquqi Şəxsi elektron təhsil infrastrukturu və proqram təminatının saxlanılması üzrə yeni satınalma müsabiqəsinə yekun vurmaq üzrədir.

32gun.az-ın əldə etdiyi məlumata görə, universitet "Elektron tədris sisteminə texniki xidmətin satınalınması"nı nəzərdə tutan tender üzrə "ISOFT" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlamağa hazırlanır.

Bağlanılması gözlənilən müqavilənin ehtimal olunan dəyəri 21.349,74 AZN təşkil edir.

Hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Badamdar şəhər tipli qəsəbəsi, M.Müşfiq küçəsi, ev 4B, mənzil 114 olan "ISOFT" MMC-nin nizamnamə kapitalı cəmi 200 AZN kimi göstərilib.

Şirkətin rəsmi registr məlumatları araşdırılarkən diqqət çəkən əsas pərdəarxası məqam onun yarandığı gündən bəri 5 dəfə qanuni təmsilçisinin dəyişməsidir:

19.06.2008: Spevak Sergey Aleksandroviç

15.02.2010: Mirkişili Ceyhun Bayram oğlu

01.03.2013: Abdullayev Samir Əzizoviç

31.05.2016: Ağazadə Zamin Ramiz oğlu

27.08.2020-ci ildən hazırkı vaxtadək: İsmayılov Natiq Əlövsət oğlu

Yaşayış mənzilində qeydiyyatda olan, cəmi 200 manatlıq kapitala malik və illər ərzində əldən-ələ keçərək rəhbərliyi dəfələrlə yenilənən bir MMC-nin regional ali təhsil müəssisəsinin strateji elektron tədris bazasına texniki xidmət göstərmək üçün seçilməsi maliyyə və təchizat etibarlılığı baxımından ciddi suallar doğurur. Xatırladaq ki, Gəncə Dövlət Universitetinin rektoru kimya elmləri doktoru, professor Yusif Əmiralı oğlu Yusibovdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]