Pakistan yeni hipersəsli ballistik raketini sınaqdan keçirdi - Video

Bu gün, 16:44           
Pakistan yeni hipersəsli ballistik raketini sınaqdan keçirdi - Video
Pakistan ordusu uçuş məsafəsi artırılmış "Fatah-2 ER" hipersəsli ballistik raketini uğurla sınaqdan keçirib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr üzrə İdarələrarası Xidməti məlumat yayıb.

"Unikal uçuş trayektoriyası və manevr qabiliyyəti sayəsində raket hədəfləri yüksək dəqiqliklə vura və düşmənin raket əleyhinə müdafiə sistemlərini dəf edə bilir. "Fatah-2 ER" Pakistan ordusunun imkanlarını daha da genişləndirəcək", - deyə məlumatda bildirilib.

Oktyabrın 6-da Pakistan Silahlı Qüvvələri "Fatah-4" yüksək dəqiqlikli qanadlı raketini də sınaqdan keçirib. "Fatah" raketlərinin 120 və 750 kilometr uçuş məsafəsinə malik modifikasiyalarının əvvəlki sınaqları isə 2025-ci ilin may və sentyabr aylarında keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]