Polşa XİN başçısından Moskvaya çox sərt xəbərdarlıq: "...bunun üçün cəsədlərimizi çeynəməlisiniz" - "Rusiyanın gücü göründüyü qədər böyük deyil"

Bu gün, 16:34           
Polşa XİN başçısından Moskvaya çox sərt xəbərdarlıq: "...bunun üçün cəsədlərimizi çeynəməlisiniz" - "Rusiyanın gücü göründüyü qədər böyük deyil"
"Rusiyanın Avropada dondurulmuş aktivləri heç bir halda Moskvaya qaytarılmayacaq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu bəyanatı Polşa Baş nazirinin müavini və xarici işlər naziri Radoslav Sikorsk Varşava Təhlükəsizlik Forumu çərçivəsində keçirilən paneldə verib.

O, rəsmi Moskvanın Avropadakı aktivlərlə bağlı beynəlxalq məhkəməyə müraciət etməyə hazırlaşması barədə yayılan məlumatlara istinad edərək qeyd edib ki, istər Avropa İttifaqı (Aİ) ölkəsi, istərsə də NATO üzvləri olaraq, bu məsələdə Aİ-nin paytaxtı sayılan Belçikanı tək buraxmayacaqlar.

Nazirin sözlərinə görə, əgər NATO Haaqa və Ankara sammitlərində razılaşdırılmış öhdəlikləri yerinə yetirərsə, Avropa ölkələri 2030-cu ilə qədər Putinin üzləşməkdən çəkincəyi çox güclü orduya sahiblənəcək: "Ona görə deyirəm ki, Moskva bizdən dondurulmuş aktivlərini almaq istəsə, gərək cəsədlərimizi çeynəsin".

Rusiya-Ukrayna müharibəsində Rusiya Prezidenti Vladimir Putinin təcavüzkar, Ukrayna Prezidenti Volodimir Zelenskinin isə təcavüzkardan müdafiə olunan ölkə lideri olduğunu bildirən Sikorski ad çəkmədən ABŞ lideri Trampa da ismarıc göndərib: "İndi Siz müharibəni təcavüzkara "dur" deməklə deyil, təcavüzə uğrayan ölkəyə təslim olmağı tələb edirsinz? Bu, təcavüzkara haqq qazandırmaqla dünyada çox axmaq nümunəyə stiml ermək deyilmi? Bir daha rus aktivləri ilə bağlı mübahisəyə qayıdaraq demək istəyirəm ki, düzdür, hazırda rus aktivlərindən istifadədə çətinliklər var. Ancaq biz bunun üzərində işləyirik"

Nazir Putinin 13 ildir Donbasda döyüşdüyünü və hələ də bölgəni tam ələ keçirə bilmədiyini də xüsusi vurğulayıb: "Rusiyanın Donbasda qalan müdafiə xətlərini ələ keçirmək üçün yüz minlərlə əsgərə ehtiyacı var. Ukraynanın Rusiyadakı neft emalı zavodlarına və məlumat mərkəzlərinə hücumları rusları ciddi axsadıb. Hesab edirəmki, Rusiya ilə bağlı orta müddətli perspektivdə panikaya ehtiyac yoxdur. Bəli, təhlükə var, realdır, ancaq Rusiyanın gücü göründüyü qədər böyük deyil".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]