ABŞ-də pilot səmada "Qışqırıq" rəsmini çəkib - Foto

Bu gün, 17:18           
ABŞ-də pilot səmada "Qışqırıq" rəsmini çəkib - Foto
ABŞ-də "Cessna Skylane RG" təyyarəsinin pilotu qeyri-adi yaradıcılığı ilə növbəti dəfə diqqət mərkəzinə düşüb.

Bu barədə "Flightradar24" xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.

ABŞ-də pilot səmada Qışqırıq rəsmini çəkib - Foto

Pilot altı saat davam edən uçuş zamanı Missuri ştatının səmasında Edvard Munkun dünyaca məşhur "Qışqırıq" əsərinin təsvirini uçuş trayektoriyası ilə yaradıb. Daha sonra o, Arkanzas ştatının Bentonvill şəhərinə qayıdıb.

"Flightradar24" saytındakı uçuş tarixçəsinə əsasən, pilot mütəmadi olaraq Missuri, Arkanzas, Kanzas və Oklahoma ştatlarının üzərində uçuşlar həyata keçirərək müxtəlif məşhur incəsənət əsərlərinin və kult filmlərdən tanınan səhnələrin təsvirlərini səmada yaradır.

Məsələn, o, uçuşlarının birində "Ruh ovçuları" filminin süjetini səmada təsvir edib. Sentyabrın sonunda isə həmin pilot Arkanzas və Oklahoma ştatlarının sərhədi üzərində üç saat yarım ərzində "Mona Liza" portretini çəkib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]