"OpenAI" ofisində gizli qurğu tapıldı: Əməkdaş saxlanıldı

Bu gün, 17:24           
"OpenAI" ofisində gizli qurğu tapıldı: Əməkdaş saxlanıldı
ABŞ Federal Təhqiqat Bürosu (FTB) "OpenAI" şirkətinin ofislərindən birində gizli səsyazma qurğusu quraşdırmaqda şübhəli bilinən şirkət əməkdaşını saxlayıb.

Şirkət hadisə ilə bağlı məlumatı "X" sosial şəbəkəsində yayıb.

Məlumata görə, "OpenAI" ofislərindən birində gizlədilmiş yüksək texnologiyalı səsyazma qurğusu aşkarlayıb. Şirkət öz modellərinin köməyi ilə qurğunu araşdırıb, onun mənşəyini müəyyənləşdirib və cihazın bir neçə gün əvvəl əməkdaşlarından biri tərəfindən quraşdırıldığını üzə çıxarıb.

Şirkət hadisə ilə bağlı materialları FTB-yə təqdim edib. Həmçinin şübhəlinin qısa müddətdə saxlanılmasına görə agentlərə və prokurorlara təşəkkür edib.

FTB-nin araşdırması davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]