Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi

Bu gün, 12:24           
Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi
2023-cü ildə Abşeronun Novxanı kəndindəki bağ evində qətlə yetirilən plastik cərrah Türkan Gündüzün qızı Həlimə atalığı Muhammet Gündüzün ona anasından qalan mülkləri almağa çalışdığını bildirib.

TEREF qaynarinfo-ya istinadən xəbər verir ki, mərhumun qızı atasının anasından qalan mirasa münasibətdə ləyaqətsiz vərəsə hesab edilməsi tələbi ilə məhkəməyə müraciət edib.

Birinci instansiya məhkəməsi iddianı təmin edib, apellyasiya instansiyası isə bu qərarı dəyişdirmədən saxlayıb.

Cavabdeh kassasiya şikayətində cinayətin qısqanclıq zəminində törədildiyini, miras əldə etmək məqsədi daşımadığını əsas gətirərək ləyaqətsiz vərəsə hesab edilməsi üçün hüquqi əsasların olmadığını bildirib. Ali Məhkəmənin Mülki kollegiyası isə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə ilə razılaşıb.

Qeyd edək ki, Türkan Gündüz 2023-ci il mayın 7-də Abşeron rayonunun Novxanı qəsəbəsində qətlə yetirilib. Cinayətdə təqsirləndirilən Türkiyə vətəndaşı Muhammet Gündüz Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]