Azərbaycan əsilli fransız türkoloq - Şah İsmayılı çox sevirəm
Bu gün, 19:08

Şərqə, atasının məmləkətinə, xüsusilə qızılbaşlıq tarixinə böyük marağı olan İrene xanım 7 noyabr 1917-ci ildə Peterburq şəhərində doğulub. Atası bakılı İskəndər Məlikov, anası rus balerina Yevgeniya Mokchanov olub.
İrene xanım müsahibəsində Şah İsmayıl Xətaiyə böyük sevgisi olduğunu bildirib:
“Strasburq Universitetində daha çox dil və ədəbiyyatdan dərs verirəm. Türk dili, türk ədəbiyyatı. Sufilikdən də danışıram. Türk ədəbiyyatından hər kəsdən bəhs edirəm. Fəqət Xətaini çox sevirəm. Ələviliyin əsası qızılbaşlıqdır. Qızılbaşlar Şah İsmayılın tərəfdarları idilər.
Ələvilik, yəni qızılbaşlıq üçün Şah Xətai böyük rol oynamışdır və bütün divanlarından da bu görünməkdədir.
Bunun üçün mən Təbriz yaxınlığındakı İlxıçıya getmişəm. Mənə demişdilər ki, İlxıçıda Şah Xətainin divanı var. Çox əski divan, fəqət mənə göstərmədilər. Çünki onlar bu divanı din kitabı kimi saxlayırlar, kimsəyə göstərmirlər və mən də bu divanı görmədim”.
İrene xanım azərbaycanşünaslıq sahəsindəki xidmətlərinə görə BDU-un fəxri professoru seçilib. Bakıda bir neçə dəfə olub.
Melikoff 8 yanvar 2009-da Strasburqda vəfat edib, Parisdə ailə məzarlığında dəfn edilib.
Günel Hasanova

