Azərbaycan Turizm və Menecment Universitetinin baş müəllimi rektora, ittihamlarla dolu ərizə ilə müraciət etdi
Bu gün, 07:24

Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətova
Universitetin Ümumi fənlər kafedrasının
baş müəllimi, t.ü.f.d. Bünyamin Qəmbərli tərəfindən
Ə r i z ə
22-24 oktyabr 2026-cı il tarixlərində Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək “Uluslararası Türk Dünyası İletişim ve Sanat Sempozyumu”-nda elmi məqalə ilə çıxış etmək üçün dəvət olunmağıma baxmayaraq mənim konfransa getməyimə “konfransın universitetə nə dəxli var” deyərək razılıq verməmisiz. Belə anlaşılır ki, siz hələ də vəzifənizi doğru anlamırsız. Əgər siz bugünədək universitetin əsas fəaliyyət istiqamətlərindən birinin elmi tədqiqat olduğunu başa düşmür və anlamırsızsa elə bu gün istefa verməlisiz. Əks halda sizin rektor vəzifəsində qalmağınız zamanında dostunuz və mübarizə yoldaşınız olan Sürət Hüseynovun Azərbaycan dövlətçiliyinə etdiyi xəyanətin sizin tərəfinizdən Azərbaycan təhsil sisteminə davamı kimi qiymətləndirilməlidir. Yox, əgər bunu bilir və mənim konfransda iştirakıma, mənim sizin rektor təyin olunduğunuz 2017-ci ildən, universitieti bazara çevirərək, bazarkom kimi idarə etmənizi ictimailəşdirdiyim üçün qərəzli yanaşaraq razılıq vermirsizsə, bu, rektor olduğunuz müddətdə yaratdığınız rəzalətin və biabırçılığın utanc verici səviyyəsi, özünüzü saldığınız rəzil durumun üzücü halıdır. Bir müəssiəyə rəhbərlik edən şəxsin həmin müəssisədə yaratdığı rəzaləti, dillərdə gəzən biabırçı əməllərini düzəltmək, düşdüyü rəzil vəziyyətdən çıxmaq əvəzinə onun neqativ və cinayət tərkibli əməllərini ictimailəşdirən işçiyə qarşı sistemli olaraq qərəzli yanaşması, kin və nifrət qusması onun, yumşaq desəm, acizliyi, cahilliyi və xirtdəyinəcən çirkaba batmış adamın çarəsizcə çirpınişıdır. Sizə xatırladıram ki, sizin utanmadan, bu qeyri-şəffaf idarəetmənizi, neqativ əməllərinizi, cahil, qeyri-insani və özünüzə rəva bildiyiniz qisas, kin, nifrət, qərəz dolu aşağılıq münasibətinizi bundan sonra da ictimailəşdirməyə davam edəcək, respublika ictimayətinin və rəhbərliyinin diqqətini sizin fəaliyyətinizə daha ciddi çəkməyə çalışacam. Düşünürəm, bu açıqlama ictimailəşdikdən sonra Azərbaycan Respublikasının aidiyyatı qurumları sizin bu yaramaz və yarıtmaz, qərəzli və zərərli fəaliyyətinizi durduracaq, mənim 22-24 oktyabr 2026-cı il tarixlərində Bişkekdə keçiriləcək elmi konfransda iştirakıma yaratdığınız maneə aradan qaldırılacaq.
ATMU Ümumi fənlər kafedrasını baş müəllimi,
t.ü.f.d B. N. Qəmbərli


