Hazırkı Konstitusiyanın 7-ci maddəsinə əsasən: "Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır"...
Bu gün, 12:18
Yəni ki, Azərbaycan dövlətinin rəsmi dini yoxdur. Azərbaycan müsəlmanların, xristianların, musəvilərin, buddistlərin, aqnostiklərin, ateistlərin, heç bir dinə inanmayanların vətəndaşlıq prinsipi əsasında ortaq dövlətidir... 1918-ci il 28 may Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyənnaməsinin 4-cü bəndində ölkənin dünyəviliyi vurğulanırdı... Qadınlara səsvermə hüququ verilirdi və bərabərlik əsas tutulurdu... Heç bir dinə də üstünlük verilməməlidir, bu bərabərlik hüququnu pozur. Hansısa din mənsublarının sayını bilmək üçün din vergisi tətbiq edilə bilər (məsələn Avstriya timsalında "Kirchenbeitrag" kimi). Dini məbədlər bu pullarla tikilə və saxlanıla, dini bayramlar keçirilə bilər. "Hicaba azadlıq"a gəldikdə isə, bunu daha çox kişilər tələb edir, çox qəribədir. Hicab, çadra axı azadlıq simvolu deyil... Necə "zəncirlərə, qandallara azadlıq!" tələb edilə bilər?... Ayrıca, Türkiyə təcrübəsi timsalında amma özəl "imam hatip okulları" kimi, ödənişli əsaslarla, dövlətin nəzarətində din təmayüllü ibtidai və orta məktəblər də yaradıla bilər. Dövlət büdcəsindən və bütün vətəndaşların vergiləri ilə fəaliyyət göstərən məktəblər dini neytral əsaslarla, Konstitusiyaya uyğun, dünyəvi olmalıdır. Zamig Mammadli TEREF