Müharibə başlayandan Rusiya belə şey görməmişdi – Kallas
Bu gün, 00:07
Avropa İttifaqı (Aİ) oktyabrın 12-də Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibədən bəri ən böyük sanksiya paketini təsdiqləməyi planlaşdırır.
Globalinfo.az xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.
O deyib ki, Ukraynada son hücumlar nəticəsində 80-dən çox mülki şəxsin həlak olmasından sonra ittifaq ölkələrinin xarici işlər nazirləri Moskvaya qarşı yeni məhdudiyyətləri müzakirə edəcəklər.
Kallas Rusiyaya qarşı təzyiqlərin azaldılması təşəbbüslərini tənqid edərək, Avropanın sanksiyaları yumşaltmaq niyyətində olmadığını vurğulayıb.
Onun açıqlaması Vaşinqtonla Moskva arasında Rusiya dizel yanacağının dünya bazarına tədarükü ilə bağlı razılaşmaların əldə oluna biləcəyinə dair məlumatların yayıldığı bir vaxtda səsləndirilib.