Zelenski bu halda seçkilərə gedəcək – Özü açıqladı

Bu gün, 00:05           
Zelenski bu halda seçkilərə gedəcək – Özü açıqladı
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə 60 günlük atəşkəs əldə olunacağı təqdirdə ölkədə prezident seçkilərinin keçirilməsinə hazır olduğunu açıqlayıb.

Gl“Strana.ua” nəşrinin verdiyi məlumata görə, Zelenskinin bu mövqeyi ABŞ Prezidenti Donald Trampın Ukrayna rəhbərliyini tənqid edən bəyanatlarından sonra gündəmə gəlib.

Xatırladaq ki, Tramp daha əvvəl Ukraynada yeni liderin seçilməsi məsələsini gündəmə gətirib. O, Zelenskinin Rusiya ilə razılaşma əldə etmək imkanlarını şübhə altına alaraq, Kiyevin Moskva ilə danışıqlarda nəticə əldə edə bilmədiyini iddia edib.

ABŞ lideri, həmçinin Ukraynanın Rusiya neft emalı zavodlarına hücumlarını dayandırmaqla bağlı tələblərə əməl etməməsindən narazılığını ifadə edib və Kiyevə kəşfiyyat məlumatlarının ötürülməsinin dayandırıla biləcəyini bildirib.

“Strana.ua” yazır ki, Trampın açıqlamaları Kiyevdə ciddi narahatlıq yaradıb. Məlumata görə, Zelenski bundan sonra bir sıra Avropa ölkələrinin liderləri ilə təcili telefon danışıqları aparıb. Nəşr Ukrayna prezidentinin mövqeyini Vaşinqtonun təzyiqlərinə cavab kimi qiymətləndirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]