Heqsetin bu təklifi Pentaqonu şoka saldı

Bu gün, 12:04           
Heqsetin bu təklifi Pentaqonu şoka saldı
ABŞ-ın müdafiə naziri Pit Heqsetin Fort-Hud hərbi bazasında 13 nəfəri öldürməkdə təqsirli bilinən Nidal Həsənin edamını canlı yayımlamaq ideyası Pentaqon rəsmilərini təəccübləndirib.

Bu barədə “CNN” məlumat yayıb.

Məlumata görə, Pentaqon və ABŞ Quru Qoşunlarının bir çox əməkdaşı bu təklifdən ilk dəfə Heqsetin müsahibəsi zamanı xəbər tutub. Bundan sonra nazirin “ictimai edam” dedikdə məhz canlı yayımı nəzərdə tutduğu qənaətinə gəlinib.

ABŞ prezidenti Donald Tramp əvvəlcə yayım barədə qərarı şəxsən verəcəyini bildirsə də, sonradan qərarın onun iştirakı olmadan qəbul edildiyini deyib. Bununla belə, o, ölüm hökmünü dəstəkləyib.

Qeyd edək ki, Nidal Həsən 2009-cu il noyabrın 5-də Texasdakı Fort-Hud hərbi bazasında atəş açaraq 13 nəfəri öldürüb, 32 nəfəri yaralayıb. O, 2013-cü ildə ölüm cəzasına məhkum edilib. (Modern.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]