9 aylıq körpənin təcili əməliyyata ehtiyacı var - TƏBİB və Səhiyyə Nazirliyi yaxın durmur - FOTOLAR

Bu gün, 12:44           
9 aylıq körpənin təcili əməliyyata ehtiyacı var - TƏBİB və Səhiyyə Nazirliyi yaxın durmur - FOTOLAR
​​​​​Neftçala rayonunuın Xol Təzəkənd kəndində yaşayan Muradova Seyidə Hacıbala qızı 9 aylıq oğlunun təcili əməliyyata ehtiyacı olduğunu bildirərək dövlət qurumlarına və ölkə rəhbərliyinə müraciət edib. Ailənin sözlərinə görə, özəl klinikada əməliyyat üçün maddi imkanları yoxdur.

Bizimesr.info xəbər verir ki, şikayətçinin sözlərinə görə, körpəyə hidrosefaliya diaqnozu qoyulub. Ana bildirir ki, uşağın vaxtında əməliyyat olunmaması gələcəkdə onun sağlamlığı üçün ciddi fəsadlara səbəb ola bilər.

Seyidə Muradova övladının əməliyyat olunması üçün əvvəlcə Heydər Əliyev Fonduna müraciət etdiyini deyir. Onun sözlərinə görə, müraciət TƏBİB-ə yönləndirilib. Lakin TƏBİB-dən bildirilib ki, bu xəstəlik üzrə əməliyyat xidməti qurumun xidmətlər zərfinə daxil deyil.

Bundan sonra ana Səhiyyə Nazirliyinə müraciət edib. Şikayətçinin iddiasına görə, sənədlərə baxıldıqdan sonra ona yenidən TƏBİB-ə müraciət etmək tövsiyə olunub.

Beləliklə, ailə dövlət qurumlarına müraciət etsə də, uşağın əməliyyatının hansı qaydada və hansı vəsait hesabına həyata keçiriləcəyi ilə bağlı problemin həllini tapa bilmədiyini bildirir.

Çarəsiz ana ölkə rəhbərliyindən kömək istəyir

Övladının sağlamlığı üçün narahat olan Seyidə Muradova Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və aidiyyəti dövlət qurumlarına müraciət edərək kömək istəyir.

Ana bildirir ki, ailənin özəl klinikada əməliyyat üçün tələb olunan vəsaiti ödəməyə imkanı yoxdur. Onun əsas istəyi körpəsinin vaxtında əməliyyat olunması və gələcəkdə sağlamlıq imkanlarının məhdudlaşması riskinin qarşısının alınmasıdır.

9 aylıq körpənin taleyi ilə bağlı ailənin müraciətləri cavabsız qalmamalı, əməliyyatın mümkün yolları və dövlət hesabına tibbi yardım göstərilməsi imkanları araşdırılmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]