İzmirdə çılpaq kişi qonşusunun evinə girdi: Qadını pəncərədən atdı - Anbaan video

Bu gün, 09:29           
İzmirdə çılpaq kişi qonşusunun evinə girdi: Qadını pəncərədən atdı - Anbaan video
Türkiyənin İzmir şəhərinin Kadifekale rayonunda maraqlı hadisə baş verib. Tamamilə çılpaq halda olan kişi qonşusunun evinə girib və mənzildəki üç qadına qorxu dolu anlar yaşadıb.

Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən məlumat verir.


Məlumata görə, kişinin aqressiv hərəkətlərindən dəhşətə gələn qadınlar bir otağa qapanaraq özlərini müdafiə etməyə çalışıblar. O isə qapını qırmaqla hədələyib. Hadisə zamanı həmçinin kişi qadınlardan birini pəncərədən atıb, nəticədə qadın xəsarət alıb.

Kişinin sərxoş olduğu və həmçinin əvvəllər dörd dəfə cinayət məsuliyyətinə cəlb olunduğu bildirilir. Eyni zamanda, onun psixi vəziyyətinin də yerində olmadığı qeyd edilir.

Onun hərəkətlərinin səbəbləri məlum deyil.

Sözügedən şəxs saxlanılıb və polis idarəsindəki müvafiq prosedurlardan sonra məhkəməyə göndərilib. Elə çıxarıldığı məhkəmədə də həbs olunaraq cəzaçəkmə müəssisəsinə göndərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]