Rusiyada qubernator saxlanıldı

Bu gün, 10:38           
Rusiyada qubernator saxlanıldı
Rusiyanın Murmansk vilayətinin qubernatoru Andrey Çibis büdcə vəsaitlərinin mənimsənilməsi və digər cinayətlərdə şübhəli bilinərək saxlanılıb.

"Bakupost" xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk "Max" messencerindəki kanalında bildirib.

Məlumata görə, araşdırma Murmansk vilayətinin Tikinti Nazirliyinə ayrılmış 39 milyon rubldan (811 min manat) çox vəsaitin mənimsənilməsi, Apatitı-Kirovsk avtomobil yolunun yenidən qurulması üçün nəzərdə tutulan 1 milyard rubldan (20.8 milyon manat) artıq vəsaitin israf edilməsi, eləcə də qanunsuz valyuta əməliyyatları ilə bağlıdır.

Murmansk vilayətinin informasiya siyasəti naziri bildirib ki, noyabrın 23-də vilayət hökumətində əməliyyat tədbirləri keçirilib. Qubernator Andrey Çibis həmin gün ezamiyyət çərçivəsində Moskvaya uçub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]