Qarabağ Universitetinin tələbələri arasındakı hadisə ilə bağlı açıqlama

Bu gün, 11:34           
Qarabağ Universitetinin tələbələri arasındakı hadisə ilə bağlı açıqlama
Elm və Təhsil Nazirliyi mediada Qarabağ Universitetinin tələbələri ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Nazirlikdən Qaynarinfo-a verilən xəbərə görə, Qarabağ Universitetinin tələbələri arasında baş verən mübahisə təhsil müəssisəsindən kənarda baş verib.

Məlumata görə, hadisəyə hüquq-mühafizə orqanları tərəfindən müvafiq hüquqi qiymət verilib.

Bildirilib ki, sözügedən məsələ ilə əlaqədar heç bir tələbə Qarabağ Universitetindən qovulmayıb.

“Media nümayəndələrindən Qarabağ Universiteti ilə bağlı məlumatların dəqiq və obyektiv təqdim edilməsi üçün universitetin mətbuat xidmətinə müraciət edərək dəqiqləşdirilməsi xahiş olunur”, - məlumatda deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]