Hindistanda PUA-lara qarşı yeni raket sistemi sınaqdan keçirildi

Bu gün, 10:24           
Hindistanda PUA-lara qarşı yeni raket sistemi sınaqdan keçirildi
Hindistanın Racastan ştatındakı Poxran (Pokhran) poliqonunda PUA-lara qarşı mübarizə üçün nəzərdə tutulan JVALA MK-1 mobil mikro-raket sisteminin sınaqları uğurla keçirilib.

TEREF Axar.az-a istinadla xəbər verir ki, bu barədə sistemi hazırlayan “İG Defence” şirkəti məlumat yayıb.

“Hindistanda ilk avtonom raket platforması olan bu sistem 5 kilometrədək məsafədə PUA-ları aşkarlamaq, identifikasiya etmək və zərərsizləşdirmək üçün nəzərdə tutulub. Bu məqsədlə JVALA MK-1 döyüş şəraitində avtonom idarəetmə və əməliyyat tapşırıqlarının yerinə yetirilməsi üçün süni intellektə əsaslanan GRİD kompleksindən istifadə edir. Mikro-raket sisteminin tətbiqi Hindistana xarici hava hücumundan müdafiə vasitələrinin satın alınmasından asılılığı azaltmağa və süni intellektdən istifadə etməklə ən müasir silahların, o cümlədən yeni nəsil silah sistemlərinin yerli istehsalını genişləndirməyə imkan verəcək”, – məlumatda bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]