MARAQLI: Roma Betonunun Sirri Açılır.

Bu gün, 10:14           
MARAQLI: Roma Betonunun Sirri Açılır.
Beton dedikdə təəssüf ki, dərhal çirkin inşaat xatırlatsa da, onun çox uzun tarixə malik bir tikinti materialı olduğunu və düzgün istifadə edildikdə, estetik cəhətdən xoş və kifayət qədər davamlı nəticələr verdiyini söyləmək olar. Bu sənətin ustaları olan romalılar tərəfindən tikilmiş bəzi tikililər təxminən iki min il keçsə də hələdə möhkəm dayanır. Bəlkə də bunun ən yaxşı nümunələrindən biri eramızın ikinci əsrində tikildiyi təxmin edilən Romadakı məşhur Panteon məbədidir. Müasir tikinti texnikalarının meydana gəlməsindən əvvəl tikilmiş ən böyük günbəzə (diametri 43 metr və hündürlüyü 22 metr) malik bu xüsusi tikili hələ də mükəmməl şəkildə salamat qalmışdır. Romalılar tərəfindən kəşf edilən bu davamlı tikinti materialı bu yaxınlara qədər sirr olaraq qalmışdır. Əslində, müxtəlif alimlər və arxeoloqlar çoxsaylı təcrübələr vasitəsilə eyni nəticələrə nail olmağa çalışmışlar, lakin uğur qazana bilməmişlər. Xüsusilə, bloklar və kanalizasiya kimi sərt şəraitdə uzun müddət bütövlüyünü qoruyan tikililər alimləri çaşdırmışdır. İsveçrə və İtaliyadakı laboratoriyalarda ABŞ-dakı MIT(Maccacut Texniki Universtiteti) və Harvard Universiteti ilə əməkdaşlıqda aparılan tədqiqatlar, bu mövzuda müəyyən nəticələr vermiş kimi görünür.
Uzun illər Roma betonunun möhkəmləndirmə xüsusiyyətinin pozzolan(Neapol körfəzindəki Pozzoli bölgəsinin adını daşıyan pozzolan materialları, öz-özlüyündə az bağlayıcı gücə malik olan, lakin su ilə təmasda olduqda kalsium hidroksidlə birləşərək hidravlik bağlayıcı xüsusiyyətlər əldə edən incə dənəli vulkanik materiallardır) materiallardan qaynaqlandığı düşünülürdü. Vulkanik külə bənzər bu xüsusi material Roma İmperiyası boyunca idxal edilmiş və tikintidə istifadə edilmişdir. Roma konstruksiyalarını araşdıran mütəxəssislər pozzolan materialından əlavə, daşları bir yerdə saxlayan məhlulda əhəng qalıqlarının da olduğunu bilirdilər. Lakin təhlil edilən nümunələrdə kiçik, tam əzilməmiş əhəng parçaları da görülmüşdür və bunun materialın qarışdırılması zamanı kifayət qədər diqqət yetirilməməsi ilə əlaqəli olduğu düşünülürdü.
İtaliyadakı qədim Privernumdan nümunələri araşdıran tədqiqatçılar, Roma betonundakı əhəng hissəciklərinin bu prosesdə rol oynadığını aşkar ediblər. Su çatlağa sızdıqda, bu hissəciklərdən həll olan kalsium karbonat, kalsium kimi toplana və çatı doldura bilər. Müasir dəmir-betonda polad armatur betonun dartılma qüvvələrinə davam gətirməsinə imkan verir. Armatur paslandıqda, yaranan genişlənmə ətrafdakı betonu da çatlada bilər.
"Bu kiçik hissəciklər valeh edici olub, çünki onlar müasir sement qarışıqlarında görünməyibdir. Üstəlik, Romalıların yüz illər ərzində təkmilləşdirilmiş tikinti texnikasını tətbiq edərkən, səthi tətbiqdən istifadə etmələri fikri inandırıcı görünməyibdir", - tədqiqatçılardan biri olan inşaat mühəndisi Admir Masic deyib. Masic haqlı görünüb.
Əvvəllər Roma betonunda istifadə edilən sönmüş əhəngin məhlula qarışdırılmadan əvvəl isladıldığı və nəticədə yüksək yapışqan, pasta kimi bir qarışıq əmələ gəldiyi düşünülürdü (əhəng yüksək temperaturda əhəngdaşı yandırmaqla əldə edilir). Lakin bu proses əhəng parçalarının mövcudluğunu izah etmirdi. Buna görə də, Masic və komandası qarışdırma prosesində fərqin olub-olmadığını araşdırmağa başlayıblar və laboratoriyada təcrübələr aparıblar. Onlar sönmüş əhəngin digər materiallarla qarışdırılıb sonra isladıldıqda, əhəmiyyətli dərəcədə istilik yaradan kimyəvi reaksiyanın baş verdiyini və əhəngin tamamilə həll olmasının qarşısını aldığını aşkar ediblər. Bu, qədim Roma betonunda görülən əhəng parçalarının əmələ gəlməsi ilə nəticələnib.
Roma betonunun möhkəmliyi bu parçalardan qaynaqlanır. Beton yaşlandıqca incə çatlar əmələ gəlir və yağışdan islandıqda bu parçalar həll olur və sonra kristallaşır, çatı möhürləyir. Müasir beton konstruksiyaları 0,2-0,3 mm qalınlığa qədər çatları öz-özünə bitişdirə bilsə də, Roma betonundan ilhamlanan material 0,6 mm eninə qədər çatları öz-özünə bitişdirə bilər.
Bu kəşfin müasir tikinti dünyasına çox faydalı təsir göstərdiyi düşünülür. Öz-özünə bərpa olunan dəmir-beton konstruksiyaların ömrü uzadıla və 3D printerlərlə istehsal olunan materiallar üçün formulalar təkmilləşdirilə bilər. Eyni zamanda, qlobal karbon emissiyalarının səkkiz faizini təşkil edən sement istehsalının ətraf mühitə mənfi təsiri azaldıla bilər. Masic və onun komandası həmçinin hazırda havadan karbon qazını udan beton formulalar üzərində işləyirlər.
Qısacası, deyə bilərik ki, keçmişdən hələ çox şey öyrənməliyik.
Есмира Шукурова












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]