“Barselona” Bakıya gəldi – Komandanın heyətində kimlər var?

Bu gün, 07:44           
“Barselona” Bakıya gəldi –
“Sabah“la UEFA Çempionlar Liqasının oyununda üz-üzə gələcək İspaniyanın “Barselona” komandası Bakıya gəlib.

TEREF “Report”a istinadla xəbər verir ki, İspaniya təmsilçisi Bakıya səfəri çərçivəsində Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Son ölkə çempionunun baş məşqçisi Hans-Diter Flik dörd futbolçu – Rodri, Xavi Espart, Andreas Kristensen və Lamin Yamalın xidmətindən yararlana bilməyəcək.

“Barselona”nın Bakıya gətirdiyi futbolçular: Joan Qarsiya, Juan Kanselu, Alexandro Balde, Brayan Farinyas, Pau Kubarsi, Qavi, Fermin Lopes, Pedri, Qabriel Jezus, Rafinya, Voytsex Şesnı, Karim Adeyemi, Entoni Qordon, Jerar Martin, Dani Olmo, Frenki de Yonq, Mark Bernal, Jül Kunde, Erik Qarsiya, Dominik Livakoviç, Cessi Bisivu, Aleks Kampos.

Xatırladaq ki, Liqa mərhələsinin V turunun “Sabah” – “Barselona” matçı noyabrın 25-də, saat 21:45-də start götürəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]