SAHARA ÇÖLÜ AMAZONUN MEŞƏLƏRİNİ QİDALANDIRIR! ​​

Bu gün, 09:14           
SAHARA ÇÖLÜ AMAZONUN MEŞƏLƏRİNİ QİDALANDIRIR! ​​
Bilirdinizmi? Afrikadakı Sahara Çölü ilə Cənubi Amerikadakı Amazon Yağış Meşələri arasında, onları minlərlə kilometr ayırmasına baxmayaraq, təəccüblü bir təbii əlaqə var.
*Hər il güclü küləklər Sahara Çölündən milyonlarla ton toz havaya qaldırır. Bu toz buludunun bir hissəsi Atlantik Okeanından keçərək Amazon Hövzəsinə çatır. Bəs bu toz niyə bu qədər vacibdir? Çünki Saharadan daşınan tozun tərkibində bitkilərin böyüməsi üçün, vacib olan fosfor kimi minerallar var. Amazonun şiddətli yağışları torpaqdakı bəzi qida maddələrini yuyub aparsa da, Saharadan gələn toz bu itkini kompensasiya etməyə kömək edir.
* NASA-nın CALIPSO peykinin 2007-2013-cü illər arasında əldə etdiyi məlumatlara görə:
• Hər il Amazon Hövzəsinə orta hesabla 27,7 milyon ton Səhara tozu daşınır.
• Bu tozla birlikdə bölgəyə təxminən 22.000 ton fosfor çatır.
• Daşınan fosfor miqdarı yağış və daşqınlar nəticəsində itirilən fosfor miqdarına yaxındır.
Başqa sözlə, Afrikadakı bir səhradan qaldırılan toz Atlantik okeanını keçərək, dünyanın ən böyük tropik meşələrindən birinin qida dövranına töhfə verir.
*Bu daşınma o qədər incə bir tarazlıqdır ki, Saharadan daşınan illik toz miqdarının azalması belə Amazondakı bitki örtüyünün və ekosisteminin qida dövranına birbaşa təsir göstərir.
Təbiət hətta çox uzaq görünən ekosistemləri görünməz bağlarla birləşdirir!
*Təbiətin bu qədər uzun məsafələrdə qurduğu əlaqələrin heyrətamiz olduğunu düşünmürsünüzmü? Uca Yaradanın gücü misilsizdir.
Mənbə: NASA – Peyk Sahara tozunu Amazona 3D formatında izləyir
Есмира Шукурова













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]