Zelenski Trampın Ukraynada sülh təklifinə sərt cavab verdi

Bu gün, 12:44           
Zelenski Trampın Ukraynada sülh təklifinə sərt cavab verdi
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Tramp administrasiyasının təklif etdiyi təhlükəsizlik zəmanətlərini tənqid edib. O bildirib ki, Ukraynaya veriləcək təhlükəsizlik zəmanətləri NATO-nun 5-ci maddəsində nəzərdə tutulan təminatlara uyğun olmalıdır.

Bunu Zelenski NATO Assambleyasında çıxışı zamanı deyib:

“Bizə çox konkret suallara cavab lazımdır. Ölkəmizin ərazisində əvvəlcədən hansı qoşunlar yerləşdiriləcək? Bunun qiyməti nə qədər olacaq? Və həqiqətən işləyəcəkmi? Hələlik biz aydın və konkret cavablar eşitməmişik.”
Zelenskinin fikrincə, Ukraynanın NATO-ya tamhüquqlu üzvlüyü ölkənin yeganə etibarlı təhlükəsizlik təminatıdır.

Xəbərdə həmçinin Rusiyanın Ukraynanın NATO-ya üzvlüyünə qarşı olduğu və Moskvanın bunu Ukraynadakı münaqişənin başlanmasının səbəblərindən biri kimi qiymətləndirdiyi qeyd olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]