B6 vitamini ilə bağlı həkimdən XƏBƏRDARLIQ

Bu gün, 00:02           
B6 vitamini ilə bağlı həkimdən XƏBƏRDARLIQ
İnsanlar əsəbilik, əl-ayaqda keyimə, yanma və iynələnmə hiss etdikdə, səbəbi araşdırmadan vitamin qəbuluna başlayırlar. Lakin bəzi vitaminlərin normadan artıq qəbulu problemin həlli əvəzinə, özü də sağlamlığa zərər verə bilər.

Tribuna.az xəbər verir ki, həkim Şahin Məmmədov bu barədə sosial şəbəkədə paylaşım edib. O bildirib ki, insanın özbaşına B-kompleks vitaminləri qəbul etməsi, xüsusilə B6 vitamininin artıq dozada istifadəsi periferik sinirlərin zədələnməsinə səbəb ola bilər:

“Əl-ayaqda keyimə, yanma və iynələnmə kimi şikayətlər olduqda, səbəb aydınlaşdırılmadan vitamin qəbulunu artırmaq düzgün deyil. B6 vitamininin artıq qəbulu özü də periferik sinirlərə zərər verə bilər.

B6 vitamini yalnız B-kompleks preparatlarının tərkibində deyil, maqnezium, sink və multivitaminlərin də tərkibində ola bilər. Müxtəlif preparatların eyni vaxtda qəbulu zamanı B6 vitamininin gündəlik ümumi dozası toplanaraq normadan artıq ola bilər.
Xüsusilə nevropatiyası olan pasiyentlərdə vitamin çatışmazlığı ilə yanaşı, B6 vitamininin artıq qəbulu nəzərə alınmalıdır.

Gündə 50 mq-dan aşağı dozalarda belə B6 vitamininin artıq qəbulu zamanı sinir zədələnməsi halları ola bilər. Buna görə də vitamin və mineral preparatlarını səbəbi müəyyənləşdirmədə, özbaşına qəbul etmək məsləhət görülmür”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]