Diqqətlə oxuyun və bilin ki, hər ay əmək haqqınızın 1-2%-ni verdiyiniz və üzvü olduğunuz həmkarlar təşkilatının vəzifəsi nədir!
Bu gün, 09:56

Həmkarlar ittifaqları: idarə, müəssisə və təşkilatlarda əmək qanunvericiliyinə əməl olunmasına ictimai nəzarəti həyata keçirən ictimai birlikdir.
Nizamnamələrinə əsasən Həmkarlar ittifaqları təşkilatları - öz üzvlərinin əmək, iqtisadi və sosial hüquqlarını müdafiə etməli, əmək qanunvericiliyiniə əməl edilməsinə ictimai nəzarəti həyata keçirməlidir.
Həmkarlar ittifaqlarının - işəgötürən tərəfindən əmək və həmkarlar ittifaqları haqqında, habelə sosial, iqtisadi məsələlər barədə qanunvericiliyə əməl olunmasını və aşkara çıxarılmış pozuntuların aradan qaldırılmasını tələb etmək hüququ var.
İşəgötürən bu tələblərə baxmağa və nəticələri barədə müəyyən edilmiş müddətdə, lakin bir aydan gec olmayaraq həmkarlar ittifaqına məlumat verməyə borcludur.
İdarə, Müəssisənin (filialın, nümayəndəliyin, şöbənin və digər əlahiddə bölmənin) rəhbəri və onun müavinləri əmək qanunvericiliyini pozduqda, qüvvədə olan kollektiv müqavilə (sazişin) şərtlərini yerinə yetirmədikdə həmkarlar ittifaqları onların intizam məsuliyyətinə cəlb edilməsi barədə buna səlahiyyəti olan orqanlar qarşısında məsələ qaldıra bilərlər.
Həmkarlar ittifaqları öz üzvlərinə hüquqi yardım xidmətlərini müstəqil surətdə təşkil edir və bu məqsədlə həmkarlar ittifaqları hüquq müfəttişliyi, hüquqi ekspert qrupları, firmaları və başqa orqanlar yarada bilərlər.
Həmkarlar ittifaqları Həmkarlar ittifaqları haqqında Qanunun, “Əməyin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun və digər normativ aktların tələblərinə uyğun iş yerlərində işçilərin əməyinin mühafizəsini tənzim edən qanunvericiliyə, istehsal zədələri nəticəsində əmək xəsarətinə görə zərərin ödənilməsinə, əmək şəraiti, istehsal sanitariyası normalarına işəgötürən tərəfindən əməl edilməsinə nəzarətin həyata keçirilməsində iştirak edirlər.
Əmək qanunvericiliyinə əməl olunmasına içtimai nəzarət sahəsində həmkarlar ittifaqı təşkilatları böyük hüquqlara malikdir.
Həmkarlar ittifaqları təşkilatları öz üzvlərinin hüquqlarını əmək hüququnu müdafiə etmək üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edə və məhkəmədə nümayəndəlik vəzifəsini yerinə yetirə yetirə bilərlər.
Azər Quliyev.
Mirvari Qəhrəmanlı

