Axmaqlıqdan doğan bəxt ulduzu... (Hadisə)
Bu gün, 12:42

Belə şey, səhlənkarlıq Rusiya hüquq-mühafizə sistemində baş verə bilir. Niyə? Çünki, yaşayıb işləmişəm, az da rast gəlməmişəm, bilirəm...
Yaxın günlər Voronej şəhərində cinayət axtarış idarəsinə neçə illər axtarışda olmuş cinayətkar, qatil, vorzakonun bir ünvanda gizləndiyi barədə məlumat daxil olur. Dərhal yuxarı səviyyəli əmr verilir, təcili də əməliyyat planı cızılır, və xüsusi təyinatlılar səhər saat 5-də hücuma başlayırlar, verilmiş konkret ünvana.
Qapını döyürlər, açılan kimi, təlimat üzrə qəfil, kəskin hücumla da evə girirlər. İçəridə ailə olur. Ailə sahibini, yaşlı kişini yarımlüt sürüyüb çölə çıxardıb yerə yıxıb qandallayırlar. Arvadı mane olmaq istəyir, onu da, 10 yaşlı uşağın oğlunun qarşısında sərt döyüb, başını dəmir çərçivəyə çırpırlar, qadın huşunu itirir.
Bu tərəfdə, qatilin şəkli ilə tutuşdurub görürlər, yerə yıxıb döyüb qandalladıqları kişi axtarılan qatildən xeyli fərqli, yaşlıdır. Başlayırlar evı tam axtarmağa, vacib heç nəyi, kəsi tapmırlar. Tez, mərkəzlə əlaqə saxlayırlar, demə, ünvanı səhv verilib ya oxunub, qonşuluqdadır həmin ünvan.
"Spesnaz"-xüsusi təyinatlılar bilib cumurlar o ünvana. Orada da qapılar taybatay açıq, qatil qonşudakı səs-küyü, axtarışı eşidib bayaqdan tez çıxır aradan. Kor-peşiman, qayıdıb təzədən axtarış veriblər. Çətin tapılar, deyirlər ölkədən çıxıbdır artıq. "Vorzakonların", tanışı, əlaqələri, imkanı, kriminal aləmdə dəstəyi xeyli çox olur.
Xüsusi təyinatlıların, həm istintaqın rəhbərliyi artıq, ailədən üzr istəyib. Ailə isə, üzrü qəbul etmir prokurorluq, məhkəməyə şikayətlidirlər. Xeyli xəsarətləri var, qadın xəstəxanalıq olub. Məlumata görə, yanlış basqı və döymə faktı üzrə cinayət işi açılıb. Yazıq günahsız ailəni durduğu yerdə qızışıb, havayı şil-küt ediblər.
Biyabırçılıqdı, orqanlar üçün, həm məhkəməlik, cəzalı olublar, həm vacib qatil residivist əldən çıxıb. Belədə deyirlər: İt də gedib, ip də gedib.
Qatil "vorzakonunsa" bəxti gətirib, orqanların komik "axmaqlığına" görə qurtulub, ömürlük həbsdən. Axmaqlıq "bəxt ulduzu" da ola bilir.
Video: Baza / Telegram
Ilqar Altay
TEREF

