TƏCİLİ: Putinin təyyarəsi Moskvaya eniş edə bilmir - FOTO

Bu gün, 00:09           
TƏCİLİ: Putinin təyyarəsi Moskvaya eniş edə bilmir - FOTO
Rusiya Prezidenti Vladimir Putinin Türkmənistandan qayıdan xüsusi təyyarəsi Moskva yaxınlığında havada dövrə vurmağa məcbur olub.
TEREF TodayPress TV-yə istinadla xəbər verir ki, bu barədə “RBC-Ukrayna” nəşri “Flightradar24” xidmətinin məlumatlarına istinadən yazıb.

Məlumata görə, Moskva hava məkanında tətbiq edilən məhdudiyyətlər və hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti səbəbindən təyyarə eniş edə bilmir. PUA hücumu təhlükəsi ilə əlaqədar paytaxtın hava limanlarının fəaliyyətinə məhdudiyyətlər tətbiq olunub.

Bildirilib ki, “Rossiya” Xüsusi Uçuş Dəstəsinə məxsus dörd təyyarə Moskva yaxınlığında gözləmə rejimində dövrə vurur. Onlardan üçü Putinin səfərinin başa çatdığı Türkmənistanın Türkmənbaşı hava limanından yola düşüb.

Məlumata əsasən, təyyarələrdən ikisinin Sankt-Peterburqda eniş edə biləcəyi ehtimal olunur.

Qeyd edək ki, yayılan məlumata görə, “Xüsusi Hərbi Əməliyyat”ın başlanmasından bəri ilk dəfə belə hal qeydə alınıb. Hazırda Putinin özünün təyyarədə olub-olmadığı, eləcə də təyyarənin harada və nə vaxt eniş edəcəyi məlum deyil.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]