Ərdoğan: “Antalya sammitinin dünyada əks-sədası böyük oldu”

Bu gün, 15:14           
Ərdoğan: “Antalya sammitinin dünyada əks-sədası böyük oldu”
“COP31 həm tətbiqetmə dərinliyi, həm də təşkilatçılıq imkanları baxımından bütün iştirakçıların təqdirini qazandı. Konfrans bir milyondan çox ziyarətçi sayı ilə tarixə ən geniş iştirakçı kütləsinə malik COP sammiti kimi düşdü”.

Globalinfo.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasında deyib.

“Antalyada mürəkkəb mövzu başlıqlarını əhatə edən 46 qərar yekdilliklə qəbul edildi. Son gün ölkələr konstruktiv mövqe nümayiş etdirərək yekun qərar üzrə razılığa gələ bilsəydilər, əlbəttə ki, daha yaxşı olardı. Lakin hər bir halda növbəti danışıqlar üçün çox dəyərli zəmin formalaşdı.

Konfransın Liderlər Sammitini noyabrın 11-12-də keçirdik. 95 ölkə və 7 beynəlxalq təşkilatdan ümumilikdə 102 liderin, 300-dən çox nazirin iştirak etdiyi sammitin dünyada əks-sədası həqiqətən böyük oldu”,- Rəcəb Tayyib Ərdoğan vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]